SON XƏBƏRLƏR

Lənkəran şəhərində ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib. Bu haqda məlumatı Fövqəladə Hallar Nazirliyi rəsmi saytında 17 oktyabr səhər saatlarında paylaşıb.

Belə ki, hər mərtəbəsi 130 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 16 kv.m sahədə və dam örtüyü 8 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.