Lənkəran şəhərində yağan güclü yağış fəsadlar törətməyə davam edir. Bu haqda məlumat bu gün, 8 sentyabr tarixində Cenublu.az-a daxil olub.
Şəhərin Tofiq İsmayılov və Zərifə Əliyevə küçələrinin kəsişməsində yerləşən binanın qarşısı su ilə dolub. Sakinlərin sözlərinə görə, kanalizasiya sisteminin yaxşı işləmədiyinə görə ərazidə hərəkət məhdudlaşıb.
4 gündür davam edən intensiv yağış şəhərin bir sıra küçələrindədə problem yaratmışdır.