SON XƏBƏRLƏR

Lənkəranda koronavirus infeksiyası əleyhinə “buster” doza ilə peyvəndlənmə prosesi davam etdirilir. Bu haqda məlumat bu gün, 22 dekabr tarixində Azertac-da paylaşılıb.

Məlumatda bildirilir ki, Lənkəran ərazisi üzrə 237 min dozadan çox vaksin vurulub. Mərkəzi xəstaxanada 5 məntəqə fəaliyyət göstərir, kəndlərdə isə məntəqələrin sayı 6-ya çatdırılıb.

Lənkəran rayon Mərkəzi Xəstəxanasının direktoru bildirib ki, 6 aydan sonra vaksinin bədəndə yaratdığı anticismlərin sayı azalır. Buna görə də, buster dozasına ehtiyac yaranır. Rayonda əhali aktiv şəkildə peyvənd olunur. İndiyədək 34 min 60 nəfərə “buster” doza vurulub.

Azertac
Azertac
Azertac Azertac