SON XƏBƏRLƏR

Lənkəran və Astara rayonlarında narkotik vasitəsi dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu haqda bu gün, 18 avqust tarixində məlum olub.

Lənkəran polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı kənd sakini Mərhəmət Kazımov 20 qram narkotik vasitə olan qurudulmuş marixuananı satarkən saxlanılıb.

Daha sonra polis əməkdaşları şübhəlinin yaşadığı evə baxış keçiriblər. Evin həyətindən 1 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Həmçinin həyətdəki yarımçıq tikilidəki sandığın içərisindən torbalarda və 133 ədəd kibrit qutusunda ümumilikdə 5 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Lənkəran şəhərində narkotik maddələrin dövriyyəsi ilə məşğul olan Şahin Ağayev və Ramil Quluzadə də saxlanılıb. Şahin Ağayevin yaşadığı evdən ümumi çəkisi 74 qram olan heroin, metamfetamin, Ramil Quluzadədən isə 2 kiloqram 322 qram marixuana aşkar edilib.

Astaranın Şahağacı kəndində keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Əlibala Məmmədov, Fazilə Rzayeva, Şəhruz Quliyev, Ramin Ağayev, Şəhriyar Mirzəyev və İsmayıl Mirzəyev tutulublar. Dəstə üzvlərinin hər birinin üzərindən və yaşadıqları evlərdən ümumi çəkisi 316 qram olan heroin və metamfetamin aşkar edilib.

Astara Burzubənd
Yollarda vəziyyət

Astarada şəhidin evinə gedən yol pis vəziyyətdədir

Astara rayonunun Burzubənd kəndinin yolu keçilməz vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 iyun tarixində verir. Sakinlər bildirirlər ki, şəhid Rövşən Ramazanovun evinə gedən yol pis vəziyyətdədir. “Bu yolu

Ələt-Astara yolu
Yollarda vəziyyət

Magistral yolda işıqfor işləmir

Köhnə Ələt-Astara magistralının Şiləvar kəndi ərazisindən keçən hissəsində artıq 4 gündür ki, işıqfor işləmir. Bu haqda məlumatı Cenublu.az bu gün,