SON XƏBƏRLƏR

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Bu haqda məlumatı bu gün, 8 dekabr tarixində Report paylaşıb.

Hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası dekabrın 14-nə təyin edilib.

Qeyd edək ki, 27 iyulda Lənkəran rayonu İlham Cavadovun yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Araşdırma zamanı məlum olub ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərdiyi avtomobilinə Elvin Hüseynzadəni sərnişin qismində mindirib. Evə çatdıqdan sonra aralarında yaranan mübahisə zamanı E.Hüseynzadə bıçaqla İ.Cavadova çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə və daha sonra evinin həyətində basdırmasına əsaslı şübhələr müəyyən edilib.

E.Hüseynzadə şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər