Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində gecə saatlarında yanğın hadisəsi baş verib. Bu haqda məlumatı bu gün, 10 noyabr tarixində Cenublu.az verib.
Ümumi sahəsi 350 kv.m olan təmir sexinin alışması nəticəsində orada təmirdə olan “VAZ-2106” və “Mercedes” markalı avtomobillər yanıb.
Təranə Cəfərovaya məxsus olan təmir sexinin 70 kv.m sahəsi əşyalarla birlikdə yanıb. Əraziyə üç yanğınsöndürən maşın cəlb olunub.
Yanğının səbəbi ilə bağlı araşdırma aparılır.