SON XƏBƏRLƏR

Son 12 saat ərzində Lənkəranda iki yanğın baş verib. Bu haqda məlumatı 14 avqust Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı verib.

Səhər saat 05.00 radələrində Lənkəran şəhərində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın baş verib. Nəticədə 1 otağın və dəhlizin 40 m² sahəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

İkinci yanğın səhər saat 07.00 radələrində rayonun Bala Şürük kəndində baş verib. Ümumi sahəsi 60 m² olan tövlənin dam örtüyü və damına yığılan 6 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Ölən və xəsarət alan yoxdur.