SON XƏBƏRLƏR

Lənkəran xas olan sitrus təsərrüfatında calaq işlərinə başlanılıb. Bu haqda məlumatı Cenublu.az ARB TV-ə istinadən xəbər verir.

Sitrus bağlarında qış hazırlığı işləri yekunlaşmaq üzrədir. Fermerlər bol məhsul əldə etmək üçün limon ağaclarının örtük altında calaq dövrünü həyata keçiriblər. Açıq havada calaq işləri il ərzində iki dəfə aparılır. Bu aprel-may, və avqust-sentyabr aylarına təsadüf edir. Üçüncü calaq isə fevral ayından başlayır və bu işlər örtük altında yerinə yetirilir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Elşad Höccətov bildirib ki, hazırda bağında 25 növ sitrus ağacı var. O, qarşıdakı illərdə daha min limon tinginin calaq edilməsini planlaşdırıb. Təsərrüfat sahibinin sözlərinə görə, yeni sitrus ağacları, vegetasiya dövrü keçdikdən sonra əkin üçün hazır vəziyyətə gətirilir.

Ümumilikdə cənub bölgəsində 4 min hektardan artıq sitrus meyvə bağları var. Bununda 1700 hektarı Lənkəran rayonunun payına düşür. İl ərzində bu bağlardan yığılan meyvə 35-40 min ton civarında dəyişir.