SON XƏBƏRLƏR

Lənkəran rayon sakini vətəndaşlara vaksin vurulmadan saxta COVID-19 pasportu təşkil edib. Bu haqda məlumatı Azertac paylaşıb.

Belə ki, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Sadiq Şərbətovun üç nəfərə saxta COVID-19 pasportu satdığı müəyyənləşdirilib. O, üç nəfərin şəxsiyyət vəsiqələrini və hər biri üçün 100 manat pulu Lerik rayon sakini Mahir Əliyevə göndərib. O isə öz növbəsində həmin sənədləri və pulu Lerik Rayon Mərkəzi Xəstəxanasının Daster kənd həkim məntəqəsinin feldşeri Anar Məstəliyevə göndərərək COVID-19 pasportlarının hazırlanmasını təşkil edib.

M.Əliyevin mobil telefonuna baxış keçirilən zaman respublikanın müxtəlif şəhər və rayon sakinlərinin şəxsiyyət vəsiqələrinin şəkillərini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsilə qəbul etməsi və onlar üçün hazırlanmış saxta COVID-19 pasportlarının fotoşəkillərinin geri göndərilməsi müəyyən olunub.

Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.