SON XƏBƏRLƏR

Sahibsiz itlərlə bağlı ən təhlükəli hal hücum edən itin quduz olma ehtimalıdır. Ekspertlər deyir ki, it dişlənməsindən sonra insanda quduzluq qeydə alınarsa, o, dərhal müalicə olunmalıdır. Əks halda bu ölümlə nəticələnir. ARB Cenub sahibsiz itlərin quduzluq əleyhinə müalicə- profilaktikaya cəlb olunub olunmaması ilə bağlı Lənkəran heyvan sağlamlığı və baytarlıq xıdmətləri idarəsinə müraciət edib.

Qurumun rəisi Əzizağa İsgəndərov: “Lənkəran baytarlıq idarəsi sahibsiz itlərlə bağlı heç bir tədbir apara bilmir. Çünki bunun üçün həmin itlər əvvəlcə saxlanılmalı və bir yerə yığılmalıdırlar. Bundan sonra baytar idarəsinin əməkdaşları onların müalicə-profilaktikasıyla məşğul olmalıdırlar. Baytar həkimləri sahibsiz itləri tutan adam deyil”.

Nazirlər Kabinetinin verdiyi qərara əsasən, sahibsiz heyvanlara qarşı mübarizə tədbirlərini yerli icra hakimiyyətinin orqanları həyata keçirir. Məsələ ilə bağlı Lənkəran İH-nin mövqeyi öyrənilib. Qurumdan bildirilib ki, hazırda Lənkəran ərazisində sahibsiz itlərin müasir tələblər səviyyəsində baytar, qida və yaşayış üçün digər zəruri qayğı ilə əhatə olunmasından ötrü sığınacaqlar olmadığından, o cümlədən şəhər İH-nin büdcəsində bu məqsədlər üçün vəsait nəzərdə tutulmadığından, sözügedən məsələnin tez bir zamanda həll olunması imkan xaricindədir.

Qeyd edək ki, təkcə ötən il it qapması ilə bağlı Lənkəran rayon Mərkəzi Xəstəxanasına 527 müraciət daxil olub.

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər