Lənkəran rayonunun Nərimanabad kəndində əkinçilik və meyvəçilik sahəsi ilə məşğul olan fermerlər üçün məsləhət xidməti göstərilib. Bu haqda məlumat bu gün, 20 oktyabr tarixində Lənkəran KOB İnkişaf Mərkəzinin rəsmi Facebook səhifəsində dərc edilib.
Belə ki, Lənkəran KOBİM-in eksperti tərəfindən Üzeyir Babaşova, Sədayıl Orucova, Fikrət Baxışova, Mirxas Abbasova, Mirağa Abbasova, Dəyanət Əzizova və Faiq Orucova torpağın əkindən əvvəl hazırlanması və əkin müddəti, bitkilərin qorunması üçün müvafiq vasitələrdən düzgün istifadə edilməsi, ziyanverici həşaratlar və mövsümi xəstəliklərə qarşı mübarizə tədbirləri haqqında məlumatlar verilib.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

