SON XƏBƏRLƏR

Lənkəranın Osakücə kəndində “Söz” ədəbi məclisi baş tutub. Məclis şair, dramaturq, nasir, publisist Camal Yusifzadənin 80 illik yubileyi ilə əlaqədar keçirilib. Bu haqda məlumat Azərbaycan Yazıçılar Birliyinin (AYB) Lənkəran bölməsinin rəsmi facebook səhifəsində paylaşılıb.

Məclis “Rahat məkan” istirahət mərkəzində şairin ailə üzvləri, yaxın qohumları, dostları, rayonun şair və yazıçılarının iştirakı ilə baş tutub.

Daha sonra şairin qəbri ziyarət edilib, ruhuna dualar oxunub və məzarı önünə gül dəstələri qoyulub.