Lənkəran şəhərində Səyyar ASAN xidmət fəaliyyət göstərir. Bu haqda Cenublu.az-a 9 sentyabr tarixində məlumat daxil olub.
Səyyar ASAN xidmət Paşa Təhməzov küçəsi, Lənkəran Mərkəzi kitabxananın qarşısında sentyabrın 30-dək vətəndaşlara xidmət göstərəcək.
Xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyət
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi
- Torpaq kadastrı məlumatları barədə arayışların verilməsi
- Əmək pensiyalarının təyin edilməsi
- Yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarılışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi.
Foto Cenublu.az Foto Cenublu.az