SON XƏBƏRLƏR

Lənkəran rayonu ərazisində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü qayda pozuntusuna görə saxlanılıb. Bu haqda məlumatı Oxu.az paylaşıb.

Belə ki, nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü S.Məmmədzadənin müvafiq kateqoriya olmadan, qanunsuz olaraq rayondaxili sərnişindaşıma ilə məşğul olduğu müəyyən edilib. Eyni zamanda həmin şəxsin narkotik vasitə və ya psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından, o, müvafiq tibbi müayinədən keçirilib və psixotrop maddədən istifadə etdiyi məlum olub.

S.Məmmədzadə barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, inzibati qaydada həbs edilib.