SON XƏBƏRLƏR

Lənkəranda “Səhiyyədə müasir yanaşmalar – 2021” I regional elmi-praktik konfrans keçirilib. Bu haqda məlumatı bu gün, 6 oktyabr tarixində Qafqazinfo saytı verib.

Azərbaycan Tibb Universiteti və “Bioloji Təbabət və Antihomotoksik Terapiya Cəmiyyəti” Bioloji Təbabət Klinikalar şəbəkəsinin dəstəyi ilə baş tutan konfransın əsas məqsədləri regionda olan həkimlərin davamlı tibbi təhsil prosesinə dəstək olmaq, onları yeni tibbi tədqiqatlar, müasir yanaşmalarla tanış etməklə əhaliyə səmərəli və keyfiyyətli tibbi xidmət göstərilməsinə töhfə verməkdir.

Konfransın nəticəsi olaraq, Bioloji Təbabət Klinikalar şəbəkəsinin təşəbbüsü ilə “Səhiyyədə müasir yanaşmalar” tibbin inkişafı platformasının qurulduğu elan edilib. Məqsəd – regionda fəaliyyət göstərən həkimləri səhiyyədə müasir yanaşmalar və innovasiyalarla vaxtında tanış etmək, onları sahələri üzrə yerli və beynəlxalq mütəxəssislərlə görüşdürmək, yeni müalicə üsullarını çatdırmaq, həmçinin fikir və təcrübə mübadiləsi üçün elmi-praktik mühit formalaşdırmaq olduğu bildirilib.

Qeyd edək ki, konfransın ardıcıl olaraq hər il keçilirməsi planlaşdırılıb.