Lənkəranda ictimai nəqliyyat və iaşə obyektlərində yoxlamalar davam edir. Bu haqda məlumatı ARB Cenub kanalı paylaşıb.
Tədbir koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısı alınması məqsəd ilə keçirilib. Reyd zamanı virusun yayılma riskinin yüksək olduğu qapalı məkanlarda, market və mağazalarda və digər obyektlərdə, o cümlədən ictimai nəqliyyatda bəzi vətəndaşların karantin rejiminin tələblərini pozduqları aşkarlanıb.
Onlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.