SON XƏBƏRLƏR

Lənkəran rayon ərazisində karantin tələblərinin pozulması halı aşkarlanıb. Bu haqda məlumat bu gün, 25 yanvar tarixində APA.az-da paylaşılıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində rayon ərazisində “Mayak” və “Armudluq” restoranlarında xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidmətinin göstərildiyi məlum olub.

Qanun pozuntusu ilə bağlı obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və Lənkəran Rayon Məhkəməsinə göndərilib.