SON XƏBƏRLƏR

Havzava kəndində baş vermiş qətldə təqsirləndirilən şəxs barəsində ibtidai istintaq başa çatıb. Bu haqda məlumatı bu gün, 25 sentyabr tarixində APA verib.

23 iyun tarixində Lənkəran rayonu Havzava kənd sakinləri Elmar Fərəcov və Amil Mirzəzadənin ölmələri haqda məlumat daxil olmuşdur. Şübhəli bilinən Seymur Şiriyevin toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İlkin araşdırmalara əsasən, aralarında yaranan münaqişə zamanı Seymur odlu silahdan atəş acaraq Elmarı və Amili öldürüb.

Seymur Şiriyev tutularaq istintaqa cəlb olunub.