SON XƏBƏRLƏR

Lənkəran rayonunda qanunsuz süxur daşıyanlar saxlanılıb. Bu haqda bu gün, 16 noyabr tarixində Report.az-da paylaşılıb.

“Kamaz” markalı 42-BR-284 və 42-CE-650 dövlət qeydiyyat nişanlı avtomobillər qanunsuz süxur daşıyıblar.

Məlumatda bildirilir ki, Lənkəran rayon sakinləri Sadiq Ağayev, Namiq Həsənov və Beyrək Balakişiyevin yük maşınlarında 24 kubmetr həcmində süxur aşkarlanıb.

Qanun pozucuları ilə bağlı akt tərtib edilib.