SON XƏBƏRLƏR

Lənkəran rayonu Qızılağac Milli Parkında qanunsuz ov edən şəxs saxlanılıb. Bu haqda bu gün, 26 avqust tarixində məlum olub.

Ekologiya və Təbii Sərvətlər Naziriliyinin nümayəndəsi Arzu Səmədova bildirib ki, parkın “Kiçik körfəz” adlanan ərazisində keçirilən nəzarət tədbirləri zamanı Lənkəran şəhər sakini Əliyev Hakim saxlanılıb.

Qanun pozucu barəsində qanunamüvafiq tədbirlər görülüb.