Lənkəran şəhəri Səttərxan küçəsində saat 14:30 radələrində qəza baş verib. Bu haqda Cenublu.az müxbiri xəbər verib.
Azad Mirzəyev küçəsindən yolu gözləmədən Səttərxan küçəsinə çıxan “Hyundai” markalı, 99-EX-904 dövlət qeydiyyat nişanlı avtomobil, “Qazel” markalı 42-BL-484 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində yük avtomobili aşıb.
Sürücü xəstəxanaya aparılıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Hal-hazırda Səttərxan küçəsində tıxac var. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.