SON XƏBƏRLƏR

Lənkəranda minik və yük avtomobillərinin toqquşması nəticəsində yaralananlar olub. Bu haqda məlumat bu gün, 19 fevral tarixində Report.az-da paylaşılıb.

Hadisə Lənkərandan Astara istiqamətindəki magistral yolda, Səpnəkəran kəndi ərazisində qeydə alınıb. “Ford” və “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində 29 yaşlı Bürcəli kənd sakini Elvin Əhmədli və 19 yaşlı Xanbulan kənd sakini Habil Ruslan oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. E.Əhmədliyə baş beynin qapalı əziyi diaqnozu qoyulub. Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.