Lənkəranda üzərilərində narkotik vasitə və psixotrop maddə olan 6 nəfər polis tərəfindən saxlanılıb. Bu haqda bu gün, 4 avqust məlum olub.
Polisinin keçirdiyi axtarış zamanı rayon sakini Ramin İbrahimov saxlanılıb. Onun üzərindən 0.5 kq-dan çox heroin və 109 qram “patı” kimi tanınan psixotrop maddə götürülüb.
Eyni zamanda Ramin Əzizov saxlanılıb. Ondan 61 qram heroin və elektron tərəzi aşkarlanaraq götürülüb.
Rayon sakinləri Şahlar Möhsümzadə, Cavid Səlimzadə, Emin Cabarov, Vüsalə İbadova da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə heroin və metamfetamin aşkarlanıb. Araşdırmalar nəticəsində E.Cabarovun ərzaq mağazasından 600 manat, V.İbadovanın isə mağazaların birində satıcı işləyən qadının çantasından 1930 manat pul oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
İyulun 23-də “patı” satan 16 Lənkəran sakini saxlanılmışdır. Onlardan ümumilikdə 48 bükümdə heroin və metamfetamin, 2 ədəd elektron tərəzi aşkarlanmışdır.