Lənkəranda “patı” dövriyyəsi ilə məşğul olan 11 nəfər saxlanılıb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini – S.Hüseynov, E.Nəcəfov, F.Ələskərov, N.Əliyeva, O.Məmmədov, M. Beyçayev, X.Nəzərov, B.Fərziyev, R.Nəzərov və Ş.Axundov, T.Şıxcanov saxlanılıblar.
Onların üzərindən narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq götürülüb. Saxlanılanlarla bağlı cinayət işi başlanılıb.
Onların birinin oğurluq əməlinin üstü açılıb.