SON XƏBƏRLƏR

Lənkəranda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb. Bu haqda, iyulun 27-də məlum olub.

Polis əməkdaşları şübhəli bilinən Lənkəran rayon sakinləri Zöhrab İbadov, Ramin Abdullayev, Azər Rüstəmov və Sabir Vəliyevi tutublar. Onların üzərindən hazır bükümlərdə heroin, metamfetamin və elektron tərəzi tapılıb. Vəliyevin şəhər ərazisindəki evlərin birindən mobil telefon oğurladığı da ortaya çıxıb.

Daha bir əməliyyatı Liman polis əməkdaşları keçirib. Nəticədə Ramal Zeynallı, Füqan Qulizadə, Bəhruz Kərimov, Elşad Səfərov və Xalid Məmmədli saxlanılıblar. Onlardan hazır bükümlərdə heroin, metamfetamin və 4 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

DİN-dən verilən məlumata görə bu il iyul ayının ilk iki həftəsi ərzində 11 kq metamfetamin, 187 kq marixuana, 92 qr bonzai, 58 kq heroin, 35 ton çətənə, 3 kq tiryək, 427 ekstazi tableti, 15 qr kokain, 59 qr həşiş, 470 preqabalin dövriyyədən çıxarılıb.