SON XƏBƏRLƏR

Lənkəran rayon Tütəpeştə kəndində narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu haqda məlumatı 3 sentyabr Apa paylaşıb.

Belə ki, axtarış nəticəsində kənd sakini Namik Qurbanovun evindən 47 qram, evin həyətindəki yardımçı tikilidən isə 4 kiloqram 440 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Bundan əlavə həmin şəxsin yaşadığı həyətdə əkdiyi və yaş halda çəkisi 31 kiloqramdan artıq olan 29 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.