SON XƏBƏRLƏR

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı AR Daxili İşlər Nazirliyinin rəsmi Facebook səhifəsi verib.

Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov, şəhər Təhsil Şöbəsinin müdiri Ülviyyə Əliyeva, Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının baş həkimi Vüqar Əliyev və digərlərinin iştirak etdiyi tədbirdə narkomaniyanın səbəb olduğu ağır fəsadlar barədə məlumatlar verilib. Yeniyetmə və gənclərlə maarifləndirici görüşləri keçirməkdə məqsəd gənc nəslin sağlam böyüməsinə, valideynlərinin etimadını doğrultmasına, Vətənə layiqli övlad kimi yetişməsinə tövhə verməkdir.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Facebook
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Facebook