Lənkəranda “Narkomaniya insanlığın faciəsidir” adlı maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Lənkəran şəhər Gənclər və idman idarəsinin rəsmi Facebook səhifəsi verib.
Çıxış edənlər bildiriblər ki, narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır.
Tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları və idarənin nəzdində Uşaq Gənclər və İdman Məktəbinin məşqçi müəllimləri, şagirdləri, idmançılar və idarənin könüllü gəncləri iştirak edib.
Qeyd edək ki, tədbir “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi və Lənkəran şəhər Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə baş tutub.