SON XƏBƏRLƏR

Lənkəranda keçirilən “patı” əməliyyatı zamanı 11 nəfər saxlanılıb. Bu haqda bu gün, 16 avqust tarixində məlum olub.

Lənkəran polis əməkdaşları rayon sakini Zaur Hüseynovu saxlayıblar. Onun üzərindən narkotik vasitələr, yaşadığı evdən ov tüfəngi və həmin silaha aid 4 ədəd patron aşkarlanaraq götürülüb.

Həmçinin keçirilən əməliyyat zamanı rayon sakinləri E.Tağıyev, T.Mikayıllı, M.Əzimov, E.Mahmudov, İ.Şəfiyev, R.Rzayev, E.Abbaszadə, T.Rzayev, İ.Ələkbərov və F.Rzayev saxlanılıblar. Onlardan metanfitamin, hazır bükmələrdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.