SON XƏBƏRLƏR

9 oktyabr saat 11:00-da Azərbaycan Yazıçılar Birliyinin Lənkəran bölməsinin “Söz” ədəbi məclisi baş tutacaq. Bu haqda məlumat bu gün, 5 oktyabr tarixində bölmənin rəsmi Facebook səhifəsi verib.

Ədəbi məclis tanınmış şair Şəkər Aslananın anım günü ilə bağlı olacaq.

Məclisdə bütün bölgə yazarları iştirak edə bilər. Məclisin keçiriləcəyi yer haqda məlumat veriləcək.

Qeyd edək ki, bundan öncəki “Söz” ədəbi məclisi Camal Yusifzadənin 80 illik yubileyinə həsr olunmuşdur.