V.Qasımov adına Digah kənd tam orta məktəbində “Zəfərdən yaşıl düşüncəyə” adlı ağacəkmə aksiyası keçirilib. Bu haqda məlumatı bu gün, 29 oktyabr tarixində Lənkəran şəhər Təhsil şöbəsi verib.
Belə ki, 44 günlük Vətən müharibəsinin 1 illiyi münasibətilə məktəbin həyətində bir neçə növ ağaclar əkilib. Aksiya sağlam ekoloji yaşıl mühitin yaradılması məqsədilə keçirilib.