SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Talışınski küçəsində yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyininin rəsmi saytında paylaşılıb.

Hadisə 17 avqust tarixində baş verib. “QAZel” markalı mikroavtobusun salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır.