SON XƏBƏRLƏR

Lənkəran rayon ərazisində qanunsuz yolla meşə materiallarının daşınması faktı qeydə alınıb. Bu haqda 20 sentyabr tarixində Azərtac paylaşım edib.

Keçirilən nəzarət tədbirləri nəticəsində “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər saxlanılıb. Avtomobillərə baxış zamanı qanunsuz yolla əldə edilmiş 5,58 kubmetr həcmində meşə materialı aşkar edilib.

Rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşınılan materiallardan hesablanaraq müəyyən olunub ki, ümumilikdə təbiətə 2293 manat məbləğində ziyan vurulub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşı qeyd edib ki, cinayət ilə bağlı toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.