SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində müəllimlər üçün tam şəraitli xidməti evlər təhvil verilib. Bu haqda məlumatı universitetin təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyev LDU-in Elmi şurasında bildirib.

Bildirişdə qeyd olunur ki, keçmişdə qızlar yataqxanası olan bina tam şəkildə rekonstruksiya olunaraq müəllimlərin istifadəsinə verilib. Həmçinin qeyd olunub ki, universitetin kitabxanası təmir olunduqdan sonra, müasir avadanlıqlarla təhciz edilib.

Azər Əliyev bildirib ki, ilkin ehtimallara görə cari ilin sonunadək universitet üçün 5 mərtəbəli tədris korpusu inşa ediləcək.