SON XƏBƏRLƏR

30 iyul – 1 avqust 2021-ci il tarixlərində Lənkəranın orta məktəb şagirdləri arasında “Mənim Ana Dilim” mövzusunda onlayn inşa-yazı müsabiqəsinə start verilir. Bu haqda məlumat Lənkəran Şəhər Gənclər və İdman idarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.

Müsabiqə Azərbaycan əlifbası və Azərbaycan dili gününə həsr olunur. Məqsəd – istedadlı şagirdlərin inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Keçirilmə şərtləri və qaydaları:

  • Yarışmada Lənkəran rayonunun ümumtəhsil məktəblərinin şagirdləri iştirak edə bilər;
  • Təqdim olunan inşalar 1-2 səhifə həcmində olmalıdır;
  • İnşanın üzərində şagirdin adı, soyadı və oxuduğu məktəb qeyd edilməlidir.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 30 iyul – 1 avqust  2021-ci il tarixlərdə öz yazdıqları inşaları Lənkəran şəhər Gənclər və İdman idarəsinin 050-748-68-78 whatsapp nömrəsinə göndərməlidir.