Lənkəranda cənublu sənətkarların əl işlərindən ibarət sərgi təşkil olunub. Bu haqda məlumat bu gün, 24 mart tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Lənkəran, Astara, Lerik sənətkarlarının əl işləri Lənkəran Regional Mədəniyyət İdarəsinin və “Lankaran Springs Wellness Resort” hotelinin birgə təşkilatçılığı ilə nümayiş etdirilir. Sərgidə həsirçilik, bambukçuluq, miniatür xalçaçılıq, toxuculuq, keramika, taxta üzərində oymaçılıq və s. sənətkarlıq nümunələri və əl işlərindən ibarət stendlər quraşdırılıb.
Qeyd edək ki, “Lankaran Springs Wellness Resort” hotelinin foyesində keçirilən sərgi 26 mart tarixinədək davam edəcək.