SON XƏBƏRLƏR

Lənkəranda yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi aşkar edilib. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Apa verib.

Belə ki, Şilavar kənd sakini C.Abbasova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə, ev şəraitində müalicə təyin edilib və ona tətbiq olunan qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin rejimi qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.