SON XƏBƏRLƏR

Şəhərin mərkəzi küçəsində xəndəklərin kol-kosla dolması piyadalara çətinlik yaradır. Bu barədə oxucular Cenublu.az-a müraciət ediblər.

Lənkəranın Zərifə Əliyeva küçəsində havanın bir neçə gün küləkli keçməsinə görə xəndəklər kol-kos və yarpaqlar ilə dolub. Yağış yağandan sonra dolu xəndəklərdəki su yola tökülür.

“Yağış yağanda biz küçədə gəzə bilmirik. Xəndəyin suları yola daşır. Üstəlik avtomobillər buradan keçəndə, su üzərimizə sıçrayır”- deyə sakinlərdin biri bildirib.

Həmçinin, xəndəklərin su ilə dolmağı sürücülərədə problem yaradır. Bəzi hallarda avtomobillər xəndəklərə düşür.