Lənkəranlı sahibkara biznes plan qurulmasında dəstək olunub. Bu haqda məlumat bu gün, 23 fevral tarixində Lənkəran KOB İnkişaf Mərkəzinin rəsmi Facebook səhifəsində paylaşılıb.
Lənkəran KOBİM-ə müraciət edən KOB subyektinə, biznes krediti əldə olunması üçün biznes plan hazırlanıb. Ekspertlər tərəfindən keçiçilik sahəsində fəaliyyət göstərən sahibkar üçün biznes plan hazırlanaraq ona təqdim olunub.
Qeyd edək ki, Lənkəran KOBİM-in ödənişsiz xidmətlərindən faydalanmaq üçün (+994 77) 271 25 00 nömrəsi ilə əlaqə saxlaya, və ya l[email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.