SON XƏBƏRLƏR

Lənkaran rayonunda həyat yoldaşına çoxsaylı bıçaq xəsarətləri yetirən şəxs həbs edilib. Bu barədə məlumatı 2 sentyabr Report.az rayon prokurorluğuna istinadən verir.

Belə ki, 27 avqust axşam radələrində 36 yaşlı Aqşin Mirzəyev aralarında yaranmış münaqişə zamanı Aynur Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd edib. Aqşin Mirzəyev məhkəmənin qərarı ilə həbs edilib.

Hazırda iş üzrə istintaq davam edir.