Lənkəran rayonunun Səpnəkəran kəndində körpə ölümü baş verib. Bu haqda məlumatı bu gün, 13 sentyabr Report verib.
1 yaşlı İbrahim Nazim oğlu Ağazadənin halı pisləşdiyindən, valideynləri onu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Həkim baxışından sonra müəyyən olub ki, körpə xəstəxanaya gətiriləndə yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.