SON XƏBƏRLƏR

Lənkəran Ağır Cinayətlər Məhkəməsində “Pambəhi” ailəvi istirahət mərkəzinin sahibi Firad Həbibovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb. Bu haqda məlumatı bu gün, 8 dekabr tarixində Report verib.

Hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası 9 dekabra təyin edilib.

Qeyd edək ki, bu ilin avqustunda Lənkəran rayonunda yerləşən “Pambəhi” ailəvi istirahət mərkəzinin ərazisində ağacların qanunsuz kəsilməsi faktı qeydə alınmışdır. İstirahət mərkəzinin sahibi hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq həmin ərazidə yerləşən 40 və 60 sm diametrli 2 ədəd ağacın qanunsuz kəsmiş və nəticədə təbiətə 13 min manat məbləğində maddi ziyan vurmuşdur.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.1 (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi ilə xeyli miqdarda ziyan vurduqda), 188.2 (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Deposit photos
Aktual

Lənkəran sakini dələduzluq etdiyi üçün saxlanılıb

Lənkəran şəhər sakini dələduzluqda şübhəli bilindiyi üçün saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir. Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif