SON XƏBƏRLƏR

Lənkəranın Digah kəndində iki baş at güllələnərək öldürülüb. Bu haqda məlumatı bu gün, 20 oktyabr tarixində Report verib.

Belə ki, kənd sakini Bəhmən İbrahimova məxsus iki baş at naməlum insan tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb. Zərərçəkmişin sözlərinə görə, hadisə gecə saatlarında baş verib, lakin o, bundan səhər xəbər tutub və dərhal Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edib. O, bildirib ki, atlardan biri baş, digəri boyun nahiyəsindən güllələnib.

Qeyd edək ki, oxşar hadisə iki ay əvvəl qonşu təsərrüfatda baş verib. Bir baş inəyin baş nahiyəsinə küt alətlə vurulması nəticəsində tələf olub. Birinci hal üzrə iribuynuzlunun tələf olması ilə bağlı şikayətçi olmasa da, güllələnmə hadisəsindən sonra polisə müraciət olunub.

Ehtimal olunur ki, hər iki hadisəni törədən eyni şəxsdir.

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər