Lənkəran şəhərinin mərkəzi küçələrinin birində qəza hadisəsi baş verib. Bu haqda bu gün, 2 noyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Şəhərin Şəhidlər Xiyabani küçəsində yük maşını ilə avtomobil toqquşub. İlkin ehtimallara görə, “Hyundai Elantra” markalı avtomobil əsas yola çıxmaq istərkən qəza baş verib. Yüksək tonajlı yük maşınının əyləclənməsi gec olduğundan avtomobillər toqquşub.
Qəza yerinə Dövlət Yol Polis əməkdaşları cəlb olunub. Xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.