SON XƏBƏRLƏR

“Vətən müharibəsi”ndə şəhid olmuş igidlərimizin xatirələrinə Lənkəran rayonunun Gəgiran və Biləsər kəndlərində bulaq-abidə kompleksi açılıb. Bu haqda məlumatı Azertac verib.

Mirzəyev Rasim Fətta oğlu və Hadiyev Raqim Teymur oğlunun adına tikilmiş bulaq-abidə kompleksinin açılış mərasimi zamanı şəhidlərin ailə üzvləri, Lənkəran ŞİH başçısı Taleh Qaraşov, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Həmin gün rayonun Darquba, Ürgə, Gəgiran və Alazəpin kəndlərində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Cəfərzadə Eşqin Hamlet oğlu, İbadzadə Zabil Fikrət oğlu, Mirzəyev Rasim Fətta oğlu və Hadiyev Raqim Teymur oğlunun il mərasimləri keçirilib.

Mərasimin sonunda şəhidlərin ruhuna dualar oxunub və məzarları önünə gül dəstələri düzülüb.