SON XƏBƏRLƏR

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində şəhid Məhsun Bağırzadənin barelyefinin açılış mərasimi keçirilib. Bu haqda məlumatı 29 sentyabr Azertac verib.

Mərasimdə Mərkəzin işçiləri, o cümlədən şəhidin atası Zahir Bağırov iştirak edib.

Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, barelyefin açılışı baş tutub.

Qeyd edək ki, şəhid Məhsun Bağırzadə Lənkəran Regional Elmi Mərkəzin əməkdaşı idi. Ölümündən sonra o, 4 medalla təltif olunub.