SON XƏBƏRLƏR

Lənkəranda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə 45 mənzilli yaşayış binası təqdim edilib.

Sənədlərin təqdim etmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

Həmçinin nazir müavini qeyd edib ki, bu il ərzində şəhid ailələri və müharibə əlillərinə 1300-dən çox mənzil verilib. Ümumilikdə isə 10 mindən çox mənzil və fərdi ev bu kateqoriyalardan olan vətəndaşlara təqdim edilib.