SON XƏBƏRLƏR

“Lankaran Football League” təşkilatçılığı ilə Lənkəranda həvəskar futbolçular arasında “Zəfər Kuboku” çempionatı keçirilir. Cenublu.az-ın dəstəyi ilə keçirilən turnirin püşk atma mərhələsi haqda bu gün, 5 avqust tarixində məlum olub.

Püşk atma nəticələrinə əsasən turnirdə 15 komanda iştirak edəcək.

A qrupunda – Gərmətük FK, Marso FK, Bankirlər FK, Bundesteam FK

B qrupunda – Teledünya FK, Şağlaser FK, Yuxarı Nüvədi FK, Cil FK

C qrupunda – Daşdalıqjar FK, Kosmos FK, Topçular FK, Master FK

D qrupunda – Qalayçılar FK, Böyük bazar FK, Kərgəlan FK

Cenublu.az və digər şirkətlərin təşkilatçılığı ilə keçirilən turnir 6 avqustda başlayacaq və 1 ay davam edəcək.

Sabah keçiriləcək ilk turda 2 oyun keçiriləcək:

  1. Teledünya FK vs Cil FK – 21:00
  2. Şağlaser FK vs Yuxarı Nüvədi FK – 22:00

Keçən il Azərbaycanın milli qəhrəmanı, general mayor Polad Həşimova həsr olunmuş “Polad” kubokunun qalibi Master 114 komandası olmuşdur.

 

Lankaran Football League facebook səhifəsi
Lankaran Football League facebook səhifəsi