SON XƏBƏRLƏR

Lənkəran şəhərinin mərkəzi küçələrində xəndəklərdəki məişət tullantıları yandırılır. Bu haqda bu gün, 25 avqust tarixində Cenublu.az müxbiri xəbər verib.

Müxbirimizin verdiyi məlumata əsasən, belə hallar tez-tez təkrarlanır. Tullantılar xəndəklərə tökülərək yandırılır və bu da sakinləri narahat edir.

Həmçinin Cenublu.az oxucularıda qeyd edib ki, şəhərin bir sıra məntəqələrində zibil qutusu yoxdur. Tullantılar hamısı xəndəklərə atılır. Yağış zamanı xəndəklərdəki tullantılara görə bataqlıq yaranır. Bu da pis qoxuya və həşəratların çoxalmasına səbəb olur.