SON XƏBƏRLƏR

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev siyasətində gender bərabərliyi” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Azertac verib.

Tələbələrin və məktəblilərin iştirak etdiyi maarifləndirici tədbirdə ulu öndər Heydər Əliyev siyasətində gender bərabərliyinin mühüm yer tutduğu vurğulanıb, bu istiqamətdə dövlət tərəfindən görülən işlərdən danışılıb. Qeyd olunub ki, cəmiyyətimizdə kişilərlə yanaşı, qadınlar üçün də bərabər hüquqlar təmin edilib və bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra məktəblilər gender bərabərliyi və uşaq hüquqları ilə bağlı təkliflərini bildiriblər.

Tədbir tələbə və məktəblilərlə dialoq və diskussiya şəklində davam edib.